"Serj Sarkisyanın prezidentliyi dönəmində Qarabağ münaqişəsinin nizamlanması yönündə Rusiyanın iştirakı ilə ciddi razılaşmalar əldə edilmişdi, 5 rayonun Azərbaycan tərəfinə qaytarılması barədə razılıq vardı”
“Bu, iki ölkə arasında gərginliyin azalmasına səbəb olacaqdı. Həmçinin Cənubi Qafqazda güclərin harmoniyasına gətirib çıxaracaqdı. Bütün bunların fonunda Ermənistanda “Paşinyan inqilabı” baş verdi”.
Cebhe.info xəbər verir ki, bunu siyasi elmlər doktoru Aleksandr Duqin bildirib.
Erməni mətbuatına müsahibəsində Duqin vurğulayıb ki, Nikol Paşinyan Ermənistanın əvvəlki rəhbərliyinin Azərbaycan və Rusiya ilə əldə etdiyi razılaşmalara əməl etməyəcək: "Paşinyan artıq tamamilə başqa xətt yeridir. Həmçinin Rusiya ilə münasibətləri sual altında qoyub. Paşinyan bizim qədim müttəfiq əlaqələrimizə qarşı dağıdıcı siyasət yürüdür".
Rusların böyük qüvvə olduğunu deyən Duqin onu ayı ilə müqayisə edib: "Ruslar böyük gücdür, eyniylə ayı kimi. Ermənistan onu qəzəbləndirməməlidir”.
Digər xəbərlər
loading...