"Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qaradağ rayonu ərazisində fəaliyyət göstərən "Qaradağ" Səhmdar Cəmiyyətinə aid olan 11 daş karxanasında atmosfer havasında olan tozun miqdarını müəyyən etmək məqsədilə monitorinqlər keçirib"
"Report" xəbər verir ki, bunu mətbuat konfransında ETSN-in Ətraf mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Anar Tağıyev deyib.
Onun sözlərinə görə, monitorinqin nəticələrinə əsasən həmin ərazilərdə fəaliyyət göstərən bəzi karxanalarda tozun miqdarı 10-15, bəzilərində isə 25-30 dəfə normadan artıq olduğu müəyyən edilib: "Bu karxanalarda vəziyyət acınacaqlıdır. Dəzgahlar olduqca köhnədir. Orada işləyən fəhlələr qoruyucu nəfəsliklərdən istifadə etmirlər. Bununla bağlı həmin karxana sahiblərinə xəbərdarlıq edilib. Əgər tədbir görülməsə onlar barədə qanunamüvafiq qaydada tədbirlər görüləcək".
Digər xəbərlər
loading...