ABŞ-ın xam neft ehtiyatları yenidən artıb
Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.
Bildirilir ki, ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 3,8 milyon barrel (0,9 faiz) artaraq 408,7 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 2,8 milyon barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə ölkənin neft ehtiyatları 6,1 milyon barrel azalmışdı.
ABŞ-ın strateji neft ehtiyatları dəyişməyərək 660 milyon barrel təşkil edib.
Ölkənin benzin ehtiyatları isə ötən hesabat həftəsində 2,5 milyon barrel (1,1 faiz) azalaraq 231 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 1,3 min barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə benzin ehtiyatları 2,3 milyon barrel azalmışdı. (AzərTAc)
Digər xəbərlər
loading...