Dünən Nizami Kino Mərkəzində Milli Kino Günü və Azərbaycan kinosunun yaranmasının 120 illiyinə həsr olunmuş tədbir keçirilib
“Qafqazin fo” xəbər veri ki, mərasimdə il ərzində Azərbaycan kinosu ilə bağlı keçirilmiş tədbirləri, paytaxtda və regionlarda baş tutan film təqdimatlarını, beynəlxalq festivalları, kino günlərini, qala gecələri, yubileyləri, yeni filmlərin çəkiliş proseslərini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev kino işçilərini peşə bayramı münasibətilə təbrik edib.
Nazir son illərdə Azərbaycan filmlərinin zirvələri fəth etdiyini söyləyib: “Azərbaycan filmlərinin hansı zirvələri fəth etdiyini, hansı yenilikləri tamaşaçılara təqdim etdiyini rəqəmləri nəzərdən keçirməklə müəyyən etmək olar. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsindən keçən müddət ərzində Azərbaycanda 46 tammetrajlı bədii, 50 qısametrajlı bədii, 212 sənədli, habelə 23 cizgi filmi çəkilib. Bu gün gənclərimiz Türkiyə, Kanada, Rusiya kimi ölkələrin təhsil müəssisələrində bu sahədə təhsil alırlar. Eyni zamanda, ölkəmiz dünyanın müxtəlif ölkələrində keçirilən film festivallarında iştirak edir. 2014-2017-ci illər ərzində 26 filmimiz 48 ölkədə keçirilən 128 festivalda 219 dəfə iştirak edərək 49 mükafat qazanıb.
Mərasimdə rejissor Yavər Rzayevin milli kinomuzun tarixi və keçdiyi zəngin inkişaf yolundan bəhs edən sənədli film nümayiş olunub.
Sonra tanınmış müğənnilərin ifasında Azərbaycan kinoları üçün yazılmış mahnılar səsləndirilib.
Digər xəbərlər
loading...