Qiymət artımı və milli valyutanın devalvasiyası ilə bağlı İranı bürüyən etirazlar paytaxt Tehrana çatıb
Oxu.Az Türkiyənin “Anadolu” agentliyinə istinadla xəbər verir ki, yayımlanan videolarda ölkədəki iqtisadi vəziyyətdən narazı olan şəxslərin Velasir meydanına toplaşdığı görünür.
Etirazçılar zibil konteynerlərinə od vurub və hökumət əleyhinə şüarlar səsləndiriblər.
Bundan əvvəl, etiraz aksiyaları Məşhəd, Şiraz, İsfahan şəhərlərində keçirilib. Yerli KİV-in məlumatına görə, Məşhəddəki etiraz aksiyalarında yüzə yaxın şəxs iştirak edib.
Digər xəbərlər
loading...