ABŞ-ın türkiyəli nazirlərə sanksiya qərarından sonra xarici işlər naziri Mövlud Çavuşoğlu amerikalı həmkarı Mayk Pompeo ilə Sinqapurda bir araya gələcək
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, hər iki nazir ötən gün ABŞ-ın tələbi üzrə telefon danışığı aparmışdı. Tərəflər görüş zamanı amerikalı rahib Endryu Kreyq Bransonun həbsi məsələsini müzakirə edəcəklər.
Xatırladaq ki, ABŞ Bransonun ev dustaqlığından azad edilməsi tələbi ilə ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soylu haqqında sanksiya qərarı çıxarmışdı.
Digər xəbərlər
loading...