Ermənistanın paytaxtı İrəvanada səfərdə olan Rusiya müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin Ermənistanın müdafiə naziri David Tonoyanla görüşüb
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, görüşdə tərəflər iki ölkə arasında siyasi, hərbi və müttəfiqlik münasibətlərinin dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.
Eyni zamanda hərbi-siyasi əməkdaşlığın aktual məsələləri və prioritet proqramlar müzakirə olunub. Tərəflər Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının fəaliyyətinə də toxunublar.
D. Tonayan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyətlə bağlı rusiyalı generala məlumat verib. Tərəflər, həmçinin regional və beynəlxalq hərbi-siyasi vəziyyət haqqında fikir mübadiləsi aparıblar.
Digər xəbərlər
loading...