Böyük Britaniyanın yarım milyondan çox vətəndaşı “Brexit” üzrə təkrar referendumun keçirilməsinə dəstək üçün petisiya imzalayıb
TASS xəbər verir ki, petisiyada ölkə vətəndaşlarının Avropa İttifaqı ilə gələcək əməkdaşlıq üzrə bağlanmış istənilən sazişlə bağlı son sözə sahib olması əksini tapıb.
Britaniyanın “The Independent” qəzetinin yazdığına görə, petisiyanı dəstəkləyən sabiq təhsil naziri Castin Qrininq parlament deputatlarının əksəriyyətinin və Nazirlər Kabinetinin bir sıra üzvlərinin yeni səsvermənin “Brexit” üzrə yaranmış qarışıq vəziyyətdən yeganə çıxış yolu ola biləcəyi ilə razılaşdıqlarını bildirib. Nəşr vurğulayır ki, C.Qrininqin kampaniyasını Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyer, Liberal Demokratlar Partiyasının lideri Vins Keybl və sabiq baş prokuror Dominik Qriv də dəstəkləyib.
Qeyd edək ki, daha əvvəl Böyük Britaniyanın baş naziri Tereza Mey London və Brüssel arasında “Brexit”in şərtlərilə bağlı yekun sazişin ümumxalq səsverməsinə çıxarılması ideyasını rədd edib.
Xatırladaq ki, Birləşmiş Krallığın Avropa İttifaqından çıxışına dair referendum 2016-cı il iyunun 23-də baş tutub və Avrointeqrasiyanın əleyhinə olanlar 51,9% göstərici ilə qələbə qazanıblar.
MilliYol.Az
Digər xəbərlər
loading...