Azərbaycanda manatla ayrılan banklararası kreditlər üzrə orta faiz dərəcəsi iyun ayında 0,41 faiz bəndi azalaraq iyulun 1-nə illik 11,23% təşkil edib
“Report” bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, hesabat ayında xarici valyutada kreditlərdə isə orta faiz dərəcəsi 5,74%-dən 4,35%-ə enib.
Qeyd edək ki, ilin əvvəlində manatda banklararası kreditlər üzrə orta faiz 11,80%, xarici valyutada isə 4,93% təşkil edib.
Digər xəbərlər
loading...