2018-ci ilin I yarımilliyi ərzində qiymətli kağızlar bazarında ümumilikdə 12 451 mln. manat həcmində əməliyyat həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur
Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq dövr üzrə icmal göstəricilərində açıqlanıb. Palatanın məlumatına görə, Əməliyyatların 52.2%-i (6 499 mln. manat) ilkin bazarda, 47.8%-i (5 952 mln. manat) isə təkrar bazarda aparılıb.
Bir sıra dünya ölkələrində qiymətli kağızlar məsələsinə iqtisadi inkişaf tempinin vacib elementi olaraq baxılsa da, Azərbaycanda bu yönümdə ictimai maraq yoxdur. Baxmayaraq ki, bu sahənin aktivləşdirilməsi üçün müəyyən qərarlar verilib, vətəndaşlar özlərinin nəğd pul vasaitələrinin qiymətli kağızlara çevrilməyə ehtiyatlanırlar.
İqtisadçı-alim Fuad İbrahimli Cebhe.info-ya açıqlaması zamanı bildirib ki, qiymətli kağızlara maraq məsələsini iki kateqoriyaya bölmək olar:
“Burada dövlət qurumlarının və fiziki şəxslərin iştirakı. Respublika üzrə fiziki şəxslərin qiymətli kağız əməliyyatlarında iştirakı arzuolunmaz vəziyyətdədir. Vətəndaşların qiymətli kağızlar bazarında iştirak qabiliyyəti çox aşağı səviyyədədir. Dövlət qurumlarının, o cümlədən ARDNŞ-ın həmin bazarlarda müəyyən dərəcədə iştirakı var”.
İqtisadçı deyir ki, ölkədə qiymətli kağızlar bazarı hələ tam formalaşmayıb:
“Baxmayaraq ki, ölkə rəhbərliyi tərəfindən bununla bağlı kifayyət qədər qərarlar, sərəncamlar verilib, infrasturuktur yaradılıb. İstər Qiymətli Kağızlar Komitəsi fəaliyyət göstərsin, istərsə də Maliyyə Bazarlarına Nəzarət Palatası, bu sahə üzrə inkişaf yoxdur. İcmalların hazırlanması sadəcə statistik xarakter daşıyır”.
Digər xəbərlər
loading...