Cari ilin ikinci rübünün sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 min 669 nəfər olub
“BP Azerbaijan” şirkətindən verilən məlumata görə, buraya müddətli müqavilə əsasında çalışan işçilər də daxildir. Bu, şirkətin Azərbaycanda ixtisaslı işçilərinin 90 faizdən çoxunu təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir.
BP-nin 2018-ci ilin sonunadək ixtisaslı işçilərinin 90 faizini milli kadrlar təşkil edəcəyi barədə öhdəliyi var. Bu, o deməkdir ki, ixtisaslı işçi tələb edən bir sıra vəzifələrdə yerli kadrlar xarici vətəndaşları əvəz edəcəklər. İxtisası olmayan işçilərin isə artıq 100 faizi yerli vətəndaşlardan ibarətdir. İşçi heyətin milliləşdirilməsi planına, həmçinin BP-nin təlim və inkişaf proqramlarının daha da optimallaşdırılması, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak daxildir. (azvision.az)
Digər xəbərlər
loading...