ABŞ prezidenti Donald Tramp Şimali Koreya Xalq-Demokratik Respublikasının lideri Kim Çen Inə təşəkkür edib
Milli.Az nypost-a istinadla xəbər verir ki, prezident Kim Çen Inə sözünü tutduğuna görə minnətdarlığını bildirib.
"Sözünüzü tutduğunuza və Koreya müharibəsi zaman ölən ABŞ əsgərlərinin qalıqlarını qaytardığınıza, gözəl məktubunuza görə sizə təşəkkür edirəm, Kim Çen In və böyük həvəslə sizinlə yenidən görüşəcəyimiz günü gözləyirəm", - Donald Tramp şəxsi Tvitter hesabında yazıb.
Qeyd edək ki, prezidentlər arasındakı ilk görüş bu ilin iyun ayının 12-də Sinqapurda baş tutmuşdu.
Digər xəbərlər
loading...