Ağsu dolaylarında gecə saatlarında başlanan yanğın hadisəsinin qarşısı alınmaq üzrədir
Bu barədə Trend-ə açıqlamasında Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev məlumat verib.
Onun sözlərinə görə, gecə saatlarında baş verən yanğın artıq səhər saatlarında lokallaşdırılıb: "Artıq yanğının əsas hissəsinin qarşısı alınıb, ərazidəki obyektlər yanğından mühafizə olunub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən helikopterləri, Şamaxı və Ağsu rayonlarının yanğınsöndürmə briqadaları, Ağsu Rayon İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı İdarəsinin əməkdaşları cəlb edilib. Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür".
Qeyd edək ki, FHN Ağsu və Şamaxı rayonlarının sərhəd ərazisində (Ağsu dolaylarında) meşə və meşəətrafı ərazilərdə yanğının baş verməsi ilə bağlı məlumat yayıb.
Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Mülki müdafiə qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti, Aviasiya dəstəsinin 2 ədəd "Mi-17" helikopteri, Ağsu Rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları hadisə rayonuna cəlb olunub.
Digər xəbərlər
loading...