“Ziya Məmmədov və oğlu Rza Zərrabla birlikdə çirkli pulların yuyulmasında iştirak ediblər”
“Heydər Əsədov Hesablama Palatasında işləyərkən onun yanına İrandan kimlər gəlib, kimlər gedib, hansı məmurlar nə qədər pullar vəd ediblər və s. bunların hamısın milli təhlükəsizlik orqanları açmalıdır”.
Bu sözləri Hafiz Hacıyev ABŞ-ın “The Newsweek” qəzetinin prezidentliyə namizəd Donald Trampın partnyoru, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovu çirkli pul yumaqda ittiham etməsini pia.az-a şərh edərkən deyib.
Xəbər verdiyimiz kimi ABŞın “The Newsweek” qəzeti prezidentliyə namizəd Donald Trampın partnyoru, Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovu çirkli pul yumaqda ittiham edib. Qəzetin məqaləsində çirkli pulların yuyulması ilə bağlı bir çox sövdələşmələr öz əsini tapıb. “The Newsweek”in məqaləsində deyilir ki, maraqlar toqquşması barədə narahatlıq doğuran başqa bir sövdələşmə Azərbaycana aiddir. Bu sövdələşmə üzrə Trampın partnyoru ölkənin nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun nəzarətində olan Garant Holding şirkətidir.
Məqalədə bildirilir ki, Amerikanın 2010-cu ildə ictimaiyyətə açılmış diplomatik hesabatlarına görə Birləşmiş Ştatlar Ziya Məmmədovun İran hərbiyyəsi üçün çirkli pulları yumasına dair şübhələr yaradan sənədlərə malikdir. “The Newsweek” yazır ki, bu fakt Trampın biznes maraqlarının ABŞ-ın milli təhlükəsizliyi ilə toqquşduğunu bir daha nümayiş etdirir. Məqalədə deyilir ki, bu sövdələşmə ləğv olunmasa, Anar Məmmədov tezliklə Trampa milyonlarla dollar ödəmək imkanında olacaq.
Mövzu ilə bağlı pia.az-a açıqlama verən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev aşağıdakıları deyib: “Mən 3-4 ay bundan əvvəl demişdim ki, Ziya Məmmədov və onun oğlu Rza Zərrabla birlikdə çirkli pulların yuyulmasında iştirak ediblər. Hətta mən deyəndə ki, Ziya Məmmədov bir İran generalını gətirib Azərbaycanda ən yüksək vəzifəyə təyin edib və onunla çirkli pulların yuyulması ilə məşğuldur, hamı düşünürdü ki, mən qərəzli mövqe tuturam. İndi mənim dediklərim ABŞ-da açıldı və Ziya Məmmədovun bütün başqa işləri də açılacaq. Onların heç bir işləri qapalı qalmayacaq. İndi mən yenə deyirəm, Milli Şuaranın üzvü olan Ziya Məmmədov və onun qudası Heydər Əsədov niyə hakimiyyətdə qalmalıdır? O vəzifəyə təyin edilməli başqa adam yoxdur? O qədər adam var ki, getsinlər pulunu alsınlar, o vəzifəyə başqa adam təyin etsinlər.
Ziya Məmmədov və qudası Heydər Əsədov təcili həbs edilməlidir. Oğlu Anar Məmmədov da İnterpol vasitəsi ilə axtarışa verilməlidir. Anar Məmmədov çirkli pulların yuyulmasında iştirak etməsindən əlavə Gülənçilərlə də əlaqəsi olduğu ortaya çıxdı və Ziya Məmmədovun da Gülənçilərlə əlaqəsi var. Bu gün Ziya Məmmədov istəyir bu ittihamı üzərindən atsın. Buna görə də onlar müəyyən işlər görürlər ki, onların bu əməlləri üzə çıxamsın. Bəli çirkli pulların yuyulmasında Ziya Məmmədovun bir nömrəli rolu olub. Heydər Əsədov Hesablama Palatasında işləyərkən onun yanına İrandan kimlər gəlib, kimlər gedib, hansı məmurlar nə qədər pullar vəd ediblər və s. bunların hamısın milli təhlükəsizlik orqanları açmalıdır. Onların bütün əmələri sübutlarla prezidentə təqdim olunmalıdır. Bundan sonra da prezident onların hamısın həbs etdirməlidir.
Ziya Məmmədov prezidentə xəyanət edən ilk nazirlərdəndir. Bu nazirlərin hamısı da bir-biri ilə qohumdur. Buna görə də sözünü birinə deyirsən o birisi inciyir. Mən Azərbaycanda ərzaq qıtlığı baş alıb getdiyin necə demiyə bilərəm. Bütün ərzaqların qiyməti qalxıb. Bu yerdə Heydər Əsədova sual vermək lazımdır ki, duz da xaricdən gətirilir? Niyə gedib Masazırdan duz gətirib xalqa vermirlər?
Yəni elə məsələlər var ki, əks cəbhəyə pas verirlər bu işləri görməklə. Bu pas verən qüvvələrin hamısı da hakimiyyətin öz daxilindədir. Prezident də nə Qərbi, nə də Avropanı özünə düşmən etməməlidir. Düzdü bu iyrənc oyunu da məmurların özləri edirlər ki, prezidentin başı Qərbə, Avropaya qarışsın, onlar da öz istədiklərini etsinlər. Bildiyimiz kimi ABŞ Konqresi Azərbaycan məmurlarının apardığı “uğurlu siyasət” nəticəsində Azərbaycana sanksiya qoymaq ərəfəsindədir. Biz bu məsələdə də öz fikrimizi ortaya qoyub, prezidentə dəstək olacağıq”.
MilliYol.Az
Digər xəbərlər
loading...