ATƏT-in medianın azadlığı üzrə nümayəndəsi Arlem Dezir rusiyalı jurnalistlər Aleksandr Rastorquyev, Kirill Radçenko və Orxan Camalın Mərkəzi Afrika Respublikasında (MAR) öldürülməsindən kədərləndiyini və bu hadisədən şoka düşdüyünü bildirib
“Report” TASS-a istinadən xəbər verir ki, o, bu barədə “Twitter” səhifəsində yazıb.
“Rusiyalı jurnalistlərin – operator Kirill Radçenko, rejissor Aleksandr Rastorquyev və hərbi müxbir Orxan Camalın Mərkəzi Afrika Respublikasında qətlə yetirilməsinə görə kədərlənir, şokda olduğumu bildirmək istəyirəm. Onların ailələrinə və həmkarlarına səmimi qəlbdən başsağlığı verirəm”, – o yazıb.
Digər xəbərlər
loading...