"Oyun izləmək üçün stadionda olacağam. "Kukesi" üçün çətin olacaq, amma futbolda heç nəyi əvvəlcədən bilmək olmur"
Qol.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin yarımmüdafiəçisi Sabien Lilay Albaniyanın “Panorama Sport” nəşrinə açıqlamasında deyib. Yay fasiləsində “Skenderbeu”dan “qırmızı-qaralar”a keçən 29 yaşlı futbolçu Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”la “Kukesi” arasında bu gün keçiriləcək cavab oyunu öncəsi şansları dəyərləndirib:
“Bir neçə dəqiqə öncə “Kukesi”nin futbolçuları ilə görüşdüm. Atmosfer yaxşı idi, oyunçular nikbin görünürdülər. Oyun vaxtı dostumla stadionda olacağam. Çətin olsa da, inanıram ki, “Kukesi” rəqibini məğlub edəcək. O ki qaldı proqnoz verməyə, əvvəlcədən danışmağı xoşlamıram. Sadəcə, “Kukesi”nin futbolçularına demək istəyirəm ki, mən onlarlayam”.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Kukesi” matçı saat 21:00-da başlayacaq. Komandalar arasında ilk oyun qolsuz başa çatıb.
Digər xəbərlər
loading...