Azərbaycanda çimərlik mövsümünün açıq elan edilməsindən bu günə kimi 169 nəfər suda boğulma təhlükəsilə üzləşib
Oxu.Az-ın məlumatına görə, onlar Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən xilas edilib.
Bakı və Abşeron rayonu ərazisindən 155 nəfər, Kür çayından altı nəfər, su anbarlarında isə səkkiz nəfər xilas olunub. Xilas edilənlərdən 20-si uşaqdır.
Çimərlik mövsümü başlayandan bu günə kimi nəzarətsiz ərazilərdə 36 nəfər suda boğulub. Onlardan 24 nəfəri Xəzər dənizində, beş nəfəri süni göllərdə, yeddi nəfəri çaylarda boğulub. Ölənlərdən ikisi uşaqdır.
İyunun 15-dən Azərbaycanda çimərlik mövsümü açıq elan edilib.
Digər xəbərlər
loading...