Ermənistanda baş verən ağır yol qəzasında daha bir hərbçi yaralanıb
AzVision.az “Shamshyan.com”a istinadən xəbər verir ki, Sünik rayonu, İrəvan-Mehri şosesinin 224-cü kilometrliyində “Opel Astra” markalı avtomobil yolun hərəkət zolağından kənara çıxaraq bir neçə dəfə çevrilib və açıq sahəyə düşüb.
Qəza nəticəsində ciddi bədən xəsarətləri alan sürücü - 28 yaşlı X.Andranik Gorusdakı tibb mərkəzinə çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.
Qeyd olunub ki, X.Andranik Ermənistan ordusunun “N” saylı məntəqəsinin hərbi qulluqçusudur.
Digər xəbərlər
loading...