“ABŞ Prezidenti Donald Trampın İran Prezidenti Həsən Ruhaniyə etdiyi görüş təklifi Vaşinqtonun Şimali Koreya siyasətinə bənzəyir”
Axar.az xəbər verir ki, bu sözləri “Frans İnfo” radiosuna açıqlamasında Fransa Xarici İşlər naziri Jan İv Le Drian deyib.
“Tramp Kim Çen İnlə etdiklərini təkrarlayır. O, hücum edir, sərt tədbirlər görür və sonra müzakirə təklif edir. Şimali Koreya məsələsində bu, hələlik, gözlənilən nəticələri verməyib”, - deyə o bildirib.
Qeyd edək ki, Tramp bundan öncə İran prezidenti ilə görüşməyə hazır olduğunu bildirmişdi. İran isə təklifdən birmənalı imtina etdiyini açıqlayıb.
Digər xəbərlər
loading...