ABŞ Çin məhsullarına tətbiq edilən 10 faizlik vergi rüsumunu artıracaq
Teleqraf.com xəbər verir ki, Tramp administrasiyası Pekin hökumətinə təzyiqləri artırmaq məqsədilə gömrük rüsumlarını 25 faizə çatdıracaq.
ABŞ mediasında çıxan xəbərlərə görə, Ağ Ev son günlər ticarət savaşını yenidən tətikləməyə hazırlaşır. Bloomberg və CNN adını açıqlamayan mənbələrə istinadən xəbər verir ki, Tramp hökuməti 200 milyard dəyərində 5 min Çin mənşəli məhsula tətbiq etməyi planladığı gömrük rüsumlarını 10 faizdən 25 faizə qaldırmağı nəzərdə tutur.
Ağ Ev yaxın günlərdə bununla bağlı qərarını açıqlaycaq.
Digər xəbərlər
loading...