"Strateji valyuta ehtiyatları artır"
"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, 2018-ci ilin 6 ayında ölkənin məcmu xarici ehtiyatları 2,3 milyard dollar və ya 5,6% artıb və 44,2 milyard dollara çatıb.
" Ehtiyatların 37,7 milyard dolları Dövlət Neft Fondunun, 1 milyard dolları Maliyyə Nazirliyinin, 5,5 milyard dolları Mərkəzi Bankın ehtiyatlarıdır. Mərkəzi Bankın ehtiyatları 3 aylıq mal və xidmətlər idxalını əhəmiyyətli dərəcədə üstələyib", - deyə E.Rüstəmov bildirib.
Digər xəbərlər
loading...