Xəbər verdiyimiz kimi, sentyabr ayının 14-dən etibarən Mərkəzi Bankın açıqladığı rəsmi valyuta məzənnəsinə əsasən dollar manata qarşı ucuzlaşmağa başlayıb.
“Qafqazinfo” xəbər verir ki, USD/AZN rəsmi məzənnəsi 1,6390-dan 1,6370 səviyyəsinə düşüb. Dolların ucuzlaşması və manatın möhkəmlənməsi prosesinin hansı səbəbdən baş verməsi ilə bağlı iqtisadçı ekspert Azər Mehtiyev “Qafqazinfo”ya açıqlama verib.
O qeyd edib ki, son günlərdə dolların məzənnəsinin iki dəfə ucuzlaşması Azərbaycanda valyuta bazarına hərraca Mərkəzi Bank və Dövlət Neft Fondu tərəfindən kifayət qədər dollar çıxarılması ilə bağlıdır: “Bir neçə həftə əvvəl ölkədə ciddi bir dollar qıtlığı var idi. Mərkəzi Bank, Neft Fondu uzun müddət bazara yalnız 50 milyon dollar pul çıxartdı. Bu dövrdə dollara olan təlabatın kəskin artması baş verdi. İş o yerə gəlib çatdı ki, banklar dollar satışını dayandırdılar. Qara bazar formalaşdı. Ancaq haradan və necə olmasından asılı olmayaraq Mərkəzi Bank və Neft Fondu bir dəfə hərraca 300 milyon dollar, ikinci dəfə isə 150 milyon dollar çıxartdı. Beləliklə də, bankların dollara olan təlabatını ödədilər. Bu, bazarda dollar azlığı ajiotajını azaltdı. Dollara olan təlabatın ödənilməsi kursun aşağı düşməsinə və manatın möhkəmlənməsinə gətirib çıxartdı. Bunun nə dərəcədə əsaslı olduğunu biz yalnız referendumdan sonra baş verən proseslərdə görəcəyik. Ümumiyyətlə, baş verən proseslərlə bağlı Mərkəzi Bankın və hökumətin heç bir izahı olmadı. Bu dollar qıtlığı niyə birdən-birə formalaşdı və nəyə görə az bir müddətdə aradan qaldırıldı?
Bu suallara cavab vermək xeyli dərəcədə mürəkkəbdir. Ancaq səkkiz ayın yekunlarına əsasən deyə bilərik ki, ölkənin xarici ticarət balansında ciddi bir defisit yaranıb. Maliyyə balansında da eyni vəziyyətdir. Hər iki balansda dollar qıtlığı yaşanır. Ölkədən daxil olandan çox çıxan dollar var. Belə bir şəraitdə prinsip etibarilə manatın möhkəmlənməsi baş verməməlidir. Ona görə də proseslərin nə qədər davamlı olduğunu biz yalnız referendumdan sonra qiymətləndirə bilərik”.
MilliYol.Az
Digər xəbərlər
loading...