“Rahib Kreyq Bransonun girov saxlanılması Türkiyəyə zərər verə bilər”
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə parlamentinin (TBMM) erməniəsilli deputatı Karo Paylan deyib.
O, bu barədə Tvitter hesabında yazıb:
“Kreyq Branson Türkiyədə dövlət çevrilişinə cəhd edən qüvvələrə dəstək verməkdə ittiham edilib və həbs olunub. Buna görə də, Türkiyə ABŞ-ın sanksiyaları ilə üz-üzə qalıb. Ərdoğan girovlar üzərindən ticarətlə məşğul olmaqdan imtina etməlidir”.
Qeyd edək ki, amerikalı rahib Kreyq Branson 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhd edən Fətullahçı Terror Təşkilatına (FETÖ) dəstək verməkdə ittiham edilir.
Buna görə həbs edilmiş rahib bir neçə gün əvvəl ev həbsinə buraxılıb.
Digər xəbərlər
loading...