ABŞ Dövlət Departamenti Küveytə aviasiya raketləri, Bəhreynə isə tank əleyhinə komplekslərin satışına izn verib
Axar.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Müdafiə Nazirliyi yayıb. Nazirlik hər iki ölkəyə satılacaq hərbi sursatın dəyərinin 110 milyon dollar olduğunu bildirib.
Küveytə Vaşinqtonun AGM-115 Hellfire raketlərinin, Bəhreynə isə TOW komplekslərinin verilməsi planlaşdırılıb. Hər iki ölkəyə silah satışını “Lokhid Martin” və “Raytheon” şirkətlərinin həyata keçirəcəyi bildirilib.
Digər xəbərlər
loading...