İranın Ərdəbil əyalətinin şimalında Parsabad - Cəfərabad magistral yolunda baş vermiş yol qəzasında 3 Azərbaycan vətəndaşı həyatını itirib
Avqustun 31-də günün ikinci yarısında Parsabad-Cəfərabad magistral yolunun Əcirlu bölgəsində iki minik avtomobili toqquşub. Hadisə nəticəsində 3 nəfər ölüb, 4 nəfər yaralanıb.
Ərdəbil əyalətinin yol polis rəisi general Höccət Fəttahi açıqlamasında bildirb ki, “Peugeot” markalı minik avtomobili ilə Azərbaycan vətəndaşının idarə etdiyi “Land Cruise” markalı avtomobil toqquşub:
“Hadisə nəticəsində ölənlərin hər üçü Azərbaycan Respublikası vətəndaşıdır.”
Onun sözlərinə görə, yaralılar Parsabad şəhər xəstəxanasına çatdırılıb. Yaralılardan 3 nəfər Azərbaycan vətəndaşıdır və hazırda xəstəxanada müalicə alırlar. Vəziyyətləri qənaətbəxşdir. (apa)
Digər xəbərlər
loading...