İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) rəhbəri Əli Cəfəri bəyan edib ki, İran prezidenti Həsən Ruhani heç zaman amerikalı həmkarı Donald Trampla görüşməyəcək
Bu barədə Oxu.Az FARS agentliyinə istinadla xəbər verir.
“Cənab Tramp! İran Şimali Koreya deyil və sizin görüş təklifinizi qəbul etməyəcək!”, - Cəfəri deyib.
Bazar ertəsi Tramp İran rəhbərliyi ilə görüşə hazır olduğunu bəyan etmişdi.
İran prezidentinin administrasiya rəhbəri Həmid Əbutalibi isə bildirib ki, ABŞ nüvə sazişinə yenidən qayıdacağı təqdirdə rəsmi Tehran danışıqlara gedə bilər.
Digər xəbərlər
loading...