“Əksər inkişaf etmiş ölkələrdə, o cümlədən qonşu Türkiyədə ictimai nəqliyyatda differensial qiymətlər tətbiq edilir”
“Cəmiyyətin sosial müdafiəyəyə daha çox ehtiyacı olan təbəqləri güzəştli qiymətlərlə nəqliyyatdan istifadə edə bilərlər. Bu baxımdan Azərbaycanda da oxşar praktikanın tətbiq edilməsinə ehtiyac var”.
AzVision.az xəbər verir ki, iqtisadçı-ekspert Vüqar Bayramov belə bir təkliflə çıxış edib. Ekspert bildirib ki, Azərbaycanda tələbələr üçün güzəştli qiymətlərlə tələbə nəqliyyat kartının tətbiqi vacibdir:
"Bu zaman tələbələrin 30 faiz güzəştlə ictimai nəqliyyatdan istifadəsi məqsədəuyğun olardı. Tələbələrin elektron bazasının yaradılması qısa zamanda mümkündür və həmin baza əsasında Bakı Nəqliyyat Agentliyi tərəfindən kartların satışı həyata keçirilə bilər. Həmin kartlardan başqalarının istifadə etməməsi üçün maliyyə cəriməsi daxil olmaqla güzəştli hüququn itirilməsi kimi cəzaların müəyyənləşdirilməsi mümkündür. Prosesə şəffaf nəzarət bu şərtlər daxilində kartlardan başqalarının istifadə etməsinin qarşısını almış olar. Oxşar güzəştləri pensiyaçılar üçün də təklif etmək olar".
V.Bayramov qeyd edib ki, ictimai nəqliyyatda gündəlik, həftəlik və aylıq kartların tətbiqinə ehtiyac var: "Bu zaman müddətindən asılı olaraq 10-30 faiz intervalında güzəştlər tətbiq edilə bilər. Bu, vətəndaşın müddətli kartdan faydalanmaqla aşağı qiymətə ictimai nəqliyyatdan istifadə etməsinə imkan verməklə yanaşı, nəqliyyat qurumlarına birdəfəlik gəlirlərin daxil olmasıma şərait yaradacaq. Nəticədə, ictimai nəqliyyata məsul olan qurumlar bununla da çevik sərmayə imkanlarını genişləndirə biləcəklər. Bir sıra ölkələrdə mövsümü güzəştlər də tətbiq olunur və güman edirik ki, bu güzəştlərdən gələcəkdə istifadə oluna bilər. Mərkəzi və Şərqi Avropa ölkələrində, o cümlədən Polşada 10-dan artıq əhali kateqoriyasına güzəştlər tətbiq edilir. Eyni zamanda, nəqliyyatdan pulsuz istifadə edənlər qrupu ayrıca təsdiq edilir. Bütövlükdə, differensial tarif sisteminin ölkəmizdə də tətbiqi sosial müdafiəyəyə ehtiyacı olan qrupların nəqliyyat xərclərini hiss edilən dərəcədə azalda bilər".
Digər xəbərlər
loading...