İcra başçısı ali məktəbə qəbul olunan tələbələr üçün məktəb direktorlarındna pul yığaraq cibinə qoyub
Beyləqanın icra başçısı yenidən rayonda dedi-qodu və “lətifə” qəhramanına çevrilib.
MilliYol.Az-a daxil olan məlumata görə sentyabrın 6-da Vaqif Abdullayev Beyləqandan ali məktəblərə daxil olan tələbələrlə görüş keçirib. Bundan əvvəl isə icra başçısı Beyləqan Təhsil Şöbəsinin müdiri Xuraman Rüstəmovaya tapşırıq verib ki, tələbələrə hədiyyə almaq üçün hər bir məktəb direktorundan 200 manat alsın. Xuraman Rüstəmova da başçı səviyyəsində ona verilən tapşırığı vaxtında həyata keçirib. Beyləqandakı mənbə iddia edir ki, topladığı pulları şəxsən özü Vaqif Abdullayevə təqdim edib. Və Xuraman xanım gözləyib ki, icra başçısı görüşdə doğurdan tələbələrə hədiyyə təqdim edəcək.
Lakin görüş zamanı heç bir tələbəyə hər hansı bir hədiyyə təqdim olunmayıb. İcra başçısı çıxış edərək tələbələri təbrik edib, onlara uğur arzulayıb və bəzi tövsiyyələr verib. Vəssalam. Görüş bitdikdən sonra isə bir çox direktorlar Xuraman Rüstəmovaya yaxınlaşaraq verdikləri pulu soruşublar və Xuraman xanımda öz növbəsində puları icra başçısına verdiyini bildirib.
Mənbə bildirir ki, bundan sonra bəzi direktorlar məsələni dost-tanışlarına danışıblar və baş verənlər sürətlə bütün Beyləqana yayılıb. Hazırda bir çoxları bu məsələni lətifəyə çeviriblər və demək olar ki, bütün çayxanalarda, insanların toplaşdığı hər yerdə bundan danışıb gülürlər.
Qeyd edək ki, Vaqif Abdullayevin adı belə qalmaqallarda tez-tez hallanır və beyləqanlılar öz icra başçılarının belə məziyyətlərinə artıq öyrəşiblər. Ona görə də Vaqif Abdullayevin pul toplamaq üçün baş vurduğu belə “tryuklarını” bir qayda olaraq gülüşlə qarşılayırlar.
MilliYol.Az
Digər xəbərlər
loading...