Vaşinqtonda ABŞ prezidenti Donald Tramp və İtaliyanın baş naziri Cuzeppe Konte arasında Transadriatik boru kəməri (TAP) layihəsi üzrə keçirilmiş danışıqlar D.Trampın rəsmi Bakıya xüsusi diqqətini nümayiş etdirir
Bunu Trend-ə qlobal siyasət və transatlantik münasibətlər üzrə amerikalı ekspert Piter Teys deyib.
O bildirib ki, TAP layihəsinə hər zaman ABŞ Energetika Nazirliyi və Dövlət Departamenti tərəfindən yüksək diqqət göstərilib.
P.Teys qeyd edib ki, prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökuməti ekosistemin qorunması sahəsində unikal liderlik nümayiş etdirib, enerji sektorunda irimiqyaslı layihələr icra edib:
Qeyd edək ki, ötən gün ABŞ prezidenti Donald Tramp Vaşinqtonda İtaliyanın baş naziri Cuzeppe Konte ilə birgə mətbuat konfransında TAP-ın İtaliyanın enerji təchizatı üçün strateji layihə olduğunu deyib.
MilliYol.Az
Digər xəbərlər
loading...