Almaniya millisinin və Londonun “Arsenal” klubunun türk əsilli futbolçusu Məsud Özilin tərəfdarları Berlində etiraz aksiyası keçiriblər
Yüzlərlə etirazçının qatıldığı aksiyanın iştirakçıları Məsud Özilin Almaniya Futbol Federasiyasının rəhbərliyi və bəzi azarkeşlər tərəfindən məruz qaldığı haqsız tənqidlərlə əlaqədar milli komandada çıxış etməməsi ilə bağlı qərarından sonra onu dəstəkləmək üçün küçələrə axışıblar.
Əllərində “Mən Öziləm” və s. şüarlar yazılan lövhələr, Türkiyə Respublikasının dövlət bayrağını tutan və futbolçunun formasını geyinən aksiya iştirakçıları Məsud Özilə dəstək nümayiş etdiriblər.
Xatırladaq ki, iyulun 22-də Məsut Özil Almaniya milli komandasının heyətindən ayrıldığını açıqlayıb. Buna səbəb M.Özilin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşündən sonra Almaniya Futbol Federasiyasının (DFB) rəhbəri Reinhard Qrindel tərəfindən tənqid edilməsi olub.
“Arsenal” klubunda forma geyən yarımmüdafiəçi “Instagram”dakı səhifəsində DFB-nin yüksək səviyyəli rəsmilərinin onun türk əsilli olmasına hörmət etmədiklərini və bundan təbliğat vasitəsi kimi istifadə etməyə çalışdıqlarını qınamışdı.
2009-cu ildən Almaniya millisinin formasını geyən Məsud Özil 92 oyunda 23 qol vurub və 28 məhsuldar ötürmə verib. O, 2014-cü ildə Almaniya milli komandasının heyətində dünya çempionu olub.(AzərTAc)
MilliYol.Az
Digər xəbərlər
loading...