Türkiyənin Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyinin ölkənin Liman Başkanlığına göndərdiyi təlimat əsasında Rusiya bayrağı altında üzən gəmilərə PSC nəzarəti tətbiq edilir
Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu təlimat çərçivəsində “Palmali” şirkətinin bir tankeri Əliağa limanında saxlanılıb.
“Deniz Haber” agentliyinin yaydığı xəbərdə deyilir ki, ötən gün “Palmali Denizçilik Şirkəti”nin mülkiyyətində olan 139 metr uzunluğunda, 16 metr enində və 6 min 526 DWT tutumlu, Rusiya bayrağı altında üzən “AZERİ KARABAKH” tankeri Əliağa Limanına yan alıb və gəmiyə qarşı Ağdəniz Memorandumu çərçivəsində PSC nəzarəti tətbiq edilib.
Yoxlamalar nəticəsində tankerdə 12 çatışmamazlıq aşkar edilib, nəticədə PSC müfəttişləri gəmini səfərdən saxlayıblar.
Sayt yazır ki, azərbaycan əsilli Türkiyə vətəndaşı Mübariz Mənsimovun sahibi olduğu, İstanbulda mənzillənmiş “Palmali” şirkətinin tankerinin tutulması suallara yol açıb. Bunun təsadüfən, yoxsa məqsədli şəkildə edildiyi məlum deyil.
Xatırladaq ki, “Palmali” şirkətinin bir neçə tankeri aylardır Avropa limanlarında borca görə saxlanılır. Mənsimovun donanmasında yaranmış problemlər barədə az qala hər gün xəbərlər gəlir.
MilliYol.Az
Digər xəbərlər
loading...