Leonid Raqozin
“Əl-Cəzirə”
“Əl-Cəzirə”
2016-cı ildə ABŞ-da keçirilən seçkilərin nəticəsinə Rusiya müdaxiləsinin təsir göstərə bilib-bilməməsindən asılı olmayaraq, Rusiya prezidenti Vladimir Putin mütləq bir şeyə nail olub: o, ABŞ-ı Rusiyanın illərcə əziyyət çəkdiyi xarici düşmənin təhlükəsi və “beşinci kolon”la bağlı kollektiv paranoyaya yoluxdurub.
Hazırda Avropanın bir çox ölkəsi kimi (iyirmi il əvvəl Rusiya da) ABŞ-ın qətiyyətli illiberalizminə yuvarlanır və ABŞ prezidenti Donald Trumpa qarşı hərəkatın əhəmiyyətli bölümü bu prosesin tərkib hissəsidir.
Kremlin təbliğatla milyonların zehninə implantasiya etdiyi “mühasirəyə alınan qala kompleksi” Amerikada, xüsusən də anti-Tramp düşərgəsində sarmaşıb.
Bu günlərdə KİV-lərin ən sevilən sözü “müharibə”dir. Hər bir künc-bucaqda, məsələn, hətta MSNBC-nin çırağı olan Reyçel Maddou da ondan bəhs edir. Bu jurnalist Tramp-Putin mətbuat konfransında bir sualın stenoqramdan çıxarılmasını “informasiya müharibəsi” adlandırıb. Lobbiçi Molli MakKyu isə Demokratik Milli Komitənin e-poçtunun oğurlanmasını “yeni Pirl Harbor” kimi səciyyələndirib.
Hətta “informasiya müharibəsindən” kənarda müharibə haqqında danışılır. “Politico” üçün bir məqalədə MakKyu Estoniya əsgərlərinin Tallinn küçələrində ruslarla qanlı döyüşünə dair təxəyyülünü qələmə alarkən, “Newsweek” NATO-nun “Rusiya ilə müharibədə məğlub olacağı” barədə xəbərdarlıq edib. “Chicago Tribune”-da dərc olunan bir oxucu məktubunda ABŞ-ın, əslində, “Rusiya ilə müharibə” apardığı deyilir.
Bu hərbi səfsəfə olduqca təhlükəlidir, çünki ABŞ və Rusiyada “quzğunlar” öz iddialarını (digər tərəfin təbiətən təcavüzkar olması və bu istiqamətdə tədbirlər görülməsi zərurəti) sübuta yetirmək üçün mütəmadi olaraq gərginliyə ehtiyac duyurlar. Öz növbəsində, bu, demokratiyanın deqradasiyasına gətirib çıxarır və potensial olaraq real qarşıdurma yarada bilər.
Bir ölkənin bütün əhalisini müharibə vəziyyətində olduğuna inandırdığınız zaman – həqiqətən də, heç bir şey gözlənməzsə belə, – demokratik prosedurlara dair tələblər, lazımi proses, müzakirə və nüans havada buxarlanır.
Kremlin təbliğatı, 2014-cü ildə rusiyalıları və krımlıları yarımadanın birləşdirilməsinin ukraynalı millətçilər və onların Qərb havadarlarının yaratdığı ekzistensial təhlükəyə qarşı müdafiə aktı olduğuna inandıra bildiyi kimi, yenidən “təhlükə”yə ram etməyə müvəffəq olub.
İndi ABŞ-da da kollektiv isteriya başlayıb və tədricən Stalinsayağı “casusluq” və “xarici agentlər” forması alır. Bu ritorikadan istifadə, xüsusilə Mariya Butinanın – Milli Atıcılar Assosiasiyası (NRA) və rus senatoru Aleksandr Torşin arasında əlaqə saxlayan, qeydiyyatdan keçməmiş bir rus lobbiçisinin işi ilə möhtəşəmləşib. Sonuncu şəxs Kremlin mühafizəkar dəyərləri təşviq etmək kampaniyasının bir hissəsi kimi Rus torpağında NRA təcrübəsini təkrarlamağa çalışır. Digər tərəfdən, Butinanın iddianaməsində yazıldığı kimi, o, NRA vasitəsilə yeni rəhbərliklə ünsiyyət qurmaq və Donald Trampın seçilməsindən sonra rus-amerikan əlaqələrini canlandırmağa ümid edib. Görünür, Butina bütün dünyada, xüsusən də Rusiyada və qonşu ölkələrdə minlərlə amerikalıların etdiyini – eynifikirli siyasi qüvvələrlə əlaqələr qurmaq və yerli siyasi prosesə təsir göstərmək istəyib.
Butinanın iddianaməsini oxuyarkən, 1938-ci ilin Xarici Agentlərin Qeydiyyatı Qanununa (FARA) əsasən, xarici agent kimi qeydə alınmamaqla yanaşı, gizli məlumatları oğurlamaq, saxta şəxsiyyət vəsiqələri düzəltmək, modern casusluq avadanlıqlarından istifadə etmək və s. əməllər görməyəcəksiniz. Bu yaxınlarda Kreml də müstəqil QHT-lərin seçkiləri müşahidə və ya Rusiyada siyasi fəalların müdafiəsi üçün tənqid olunan FARA eyham vurub. Buna baxmayaraq, Butinaya qarşı hətta FARA deyil, “Soyuq müharibə dövrü” qanunvericiliyindən qalma “casusluq fəaliyyəti” maddəsinə əsasən istintaq başlanılıb.
Əlbəttə, Stalin dövrünə xas frazeologiyaları canlandırma üçün Putinə artıq özünü tam rahat hiss etməlidir. İndi onun rəqibləri Rusiyanın özünə icazə verə biləcəyindən daha tez-tez bu ifadələrdən istifadə edirlər. Bundan daha pisi budur ki, Butina iddiası Kremlə müxalifətdəki ruslara və onlarla qarşılıqlı əlaqədə olan amerikalılara eyni cəza tətbiq etməkdə müftə bir imkan verir. Bu, postsovet məkanında Amerikanın yumşaq gücünün ən güclü tərəfi olan qeyri-rəsmi diplomatiyanın mümkünlüyünü həqiqətən də öldürür.
Biz qloballaşmış bir dünyada yaşayırıq; burada köhnə suveren millətlərin daxili siyasəti dünyanın transmilli siyasi ittifaqlarına nisbətən daha az vacibdir; insanlar milli sərhədlərdən xaricdəki barrikadalarda birləşirlər. Tramp, Putin və Avropa İttifaqı buna əyani nümunədir.
Onlar, həmçinin Rusiyanın neft-mafiya dövlətini İngiltərədə, İsveçrədə və ABŞ-dakı bank-əmlak sektorları ilə birləşdirən transmilli işgüzar mənfəətlərə nisbətən sonsuz dərəcədə vacibdir.
1930-cu illərin siyasi dili sadəcə keçmiş SSRİ-də amerikalıların, yaxud ABŞ-dakı rusların siyasi hərəkətlərini düzgün şəkildə müəyyənləşdirmir.
Məsələn, Rusiyanın 2011-2012-ci illərdə kütləvi etiraz aksiyalarına cavab olaraq Putinin üzərinə götürdüyü saxta konservatizm və “ənənəvi dəyərlər” Amerikanın “Müqəddəs Kəmər” konservatizmindən ilhamlanaraq nüsxələnib.
“Fox News”-un qurucusu Cek Hanik ultra-sağçı, kremlpərəst oliqarx Konstantin Malofeyevin transmilli media imperiyasını qurması Rusiyada və Avropada Kremlin təbliğinə kömək etməsini ifadə edirmi? Bu, Putini hakimiyyətdə saxlamaq planıdır?
Moldovanın baş naziri Vlad Filatı – Kremllə əlaqəli oliqarxların Moldovanın bank sistemi vasitəsilə təxminən 20 milyard dollardan çox vəsaiti “yumasına” barmaqarası baxmış, guya qərbpərəst siyasətçini tövsiyə edərkən “informasiya müharibəsi mütəxəssisi” Molli MakKyu “agent” kimi işləyib? Kimin üçün? ABŞ? Rusiya? Mafiya dövləti?
Söhbət Pol Manafortdan getdikdə, vəziyyət daha sürrealistləşir. Çünki o, qeydiyyatdan keçməmiş bir xarici agentlə işləyib. Rusiya və ya Putinlə deyil, Ukrayna ilə bağlı. Manafortun Ukraynadakı işi əsasən, müdiri, Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç ölkəni Rusiya ilə ittifaqa soxana qədər onu Avropaya inteqrasiyası prosesinə gətirmək idi. Bu halda, Manafort öz maliyyə mənbələrindən başqa, kimin maraqlarının müdafiəsiydi?
1990-cı ildə, dağılmasından əvvəl SSRİ-yə səfər edərkən, sovet dissidenti Qleb Pavlovskinin vətəndaş cəmiyyəti layihələrindən birinə rəhbərlik etməsini istəmiş Corc Soros… 2000-ci illərdə Pavlovski Putin rejiminin əsas memarı və Kremlin “baş həkimi” idi.
Beləliklə, 1987-ci ildə Rusiyaya səfəri zamanı Trampın KGB tərəfindən işə götürüldüyünü iddia edən “New York Magazine”-in məqaləsinə istinadla, Sorosun Putinin gizli müttəfiqi olacağından şübhələnməliyikmi?
Şimali Koreyadan başqa, heç bir ölkənin hermetik siyasi izolyasiyaya malik olmadığı müasir qlobal cəmiyyətin fakturası “xarici agentlər” və həm də kompromatlar haqqında bu ritorikanı aldadıcı edir.
Bizim reallığımızı əks etdirən yeni siyasi dilin yaradılması istiqamətində atılan addım – dünyanı ayrı-ayrı və müstəqil millət-dövlətlər qrupu kimi təsəvvür etməmək, köhnəlmiş milli fikir ayrılıqlarını və ittifaqlardan üstün olan qlobal siyasi, iqtisadi və mədəni ölçüləri dərk etməkdir.
MilliYol.Az
Digər xəbərlər
loading...