Ermənistanın həbsdə olan sabiq prezidenti Robert Köçəryan özünü yaxşı hiss edir və hər gün idmanla məşğul olur
Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, bu barədə məlumatı Köçəryanın ofisinin rəhbəri Viktor Soqomonyan verib.
"Prezident Köçəryan özünü yaxşı hiss edir. O, gündəlik idman məşqlərini davam etdirir. Yaxşı, necə deyərlər, döyüş əhval-ruhiyyəsindədir", - deyə Soqomonyan bildirib.
Onun sözlərinə görə, başqa işlərlə yanaşı, Köçəryan avtobioqrafik kitab üzərində işini davam etdirməyi planlaşdırır.
Xatırladaq ki, iyulun 27-də Yerevanın birinci instansiya məhkəməsi 2008-ci ildə konstitusiya quruluşunun devirilməsində ittiham edilən ölkənin keçmiş prezidenti R.Köçəryanla bağlı Ermənistan Xüsusi İstintaq Xidmətinin xahişini təmin edərək, barəsində iki aylıq həbs qərarı verib.
MilliYol.Az
Digər xəbərlər
loading...