Aparıcı-aktrisa Aysel Nazim “Space”də işə başlayıb. Axşam.az-a açıqlama verən aparıcı hava proqnozunu təqdim edəcəyini bildirib:
“Təklif kanal rəhbərliyindən gəldi, mən də razılaşdım. Hələ ki, “Space”də hava xəbərlərini təqdim edəcəyəm”.
Aysel rol aldığı “Sara” filiminin təqdimatına hazırlaşdığını deyib: “Ekran işi noyabrda təqdim olunacaq. Hazırda serial təklifləri alıram. Onlardan birini dəyərləndirəcəyəm. Eyni zamanda yeni filmdə də rol alacağam. Çəkilişləri yaxın günlərdə başlayacaq”.
Qeyd edək ki, A.Nazim ATV-də "Eks bacanaqlar" serialında rol almışdı. Daha sonra "Xəzər" telekanalında "Rahat ev" verilişinə aparıcılıq edirdi.
MilliYol.Az
Digər xəbərlər
loading...