Serj Sarkisyanın sədri olduğu Ermənistan Respublikaçılar Partiyası (ERP) eks-prezident Robert Köçəryanın həbsi məsələsini beynəlxalq arenaya çıxarmaq niyyətindədir
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə partiyanın parlamentdəki fraksiyası məlumat yayıb.
“Bu prosesin demokratiya, qanunun aliliyi və müstəqil məhkəmə sistemi ilə əlaqəsi yoxdur. Cinayət işi güclü şəkildə Ermənistanın daxili siyasi inkişafına mənfi təsir göstərir. Bu cür əsassız ittihamlarla ictimai parçalanma tendensiyaları güclənir”, – deyə məlumatda bildirilib.
Qeyd edək ki, iyulun 27-də Köçəryan haqqında konstitusion quruluşu dəyişməyə cəhd ittihamı ilə 2 aylıq həbs qətimkan tədbiri seçilib. Köçəryanın həbsi xüsusilə Respublikaçı və Daşnaksütyun partiyalarında etiraza səbəb olub.
MilliYol.Az
Digər xəbərlər
loading...