Xəstə uşağın anası: “Görəsən səhiyyəmizin bu günə qalmasına görə kimsə əvvəl axır cəzalanacaq?”
Azərbaycan səhiyyəsinin vəziyyətinin gülməli və ağlamalı (tragikomediya) vəziyyətdə olduğunu bilməyən yoxdur. Və səhiyyəmizdə qibtə olunacaq heç bir şey də tapmaq mümkün deyil. Bir haldakı Azərbaycan səhiyyəsində çalışanlar başda nazir Oqtay Şirəliyev olmaqla xarixdə müayinə və müalicə olunmağa üstünlük verirlər, onda Səhiyyə Nazirliyinin bu və ya digər şəkildə Azərbaycanda səhiyyənin inkişafından dəm vurması gülünc və qeyri-təbii görünür.
Maraqlıdır ki, hər gün səhiyyəmizdə baş verən onlarla epizod ictimailəşdirilsə də, tibb olcaqlarının personalları və səhiyyəyə yenə də başda Oqtay Şirəliyev olmaqla çoxlu sayda səhiyyə “bossları” yaranmış vəziyyətdən nəticə çıxarmırlar və yaratdıqları faciələrdən narahat olmurlar. Azərbaycan səhiyyəsinin “bespredelində” baş verənlər isə ancaq bir yekunda birləşir. Xəstələrdən yeri gəldi-gəlmədi pul etmək. Yəni bizim tibb personallarımızın tək bildikləri bundan ibarətdir.
Vətəndaş Ayşən Məmmədlinin Qarayev Uşaq xəstəxanasında başına gələnlərlə bağlı sosial şəbəkədə paylaşdıqları da səhiyyəmizin hansı səviyyədə faciəvi durumda olduğunu göstərməkdədir. Söhbət hər şeydən əvvə kiçik uşaqlara olmazın əzablar verməklə yanaşı uşağın valideylərindən pul tələb edən tibb personalının həyasızlığından və eyni zamanda uşaq həyatına qarşı nə qədər məsuliyyətsiz olmalarından gedir. Və bütün bunlar tibb işçilərinin tam cəzasızlıq mühütində yol verdikləri kütləvi “bespredel” şəraitində baş verir. Səhiyyə Nazirliyi isə bu “bespredeli” nə görür, nə də duyur. Əslində görməmzlikdən və duymamazlıqdan baş verir hər şey. Çünki spzü gedən “bespredeli” yaradan Səhiyyə Nazirliyinin özüdür...
PİA.az Teref.az-a istinadən sosial şəbəkə istifadəçisi Ayşən Məmmədlinin Qarayev Uşaq xəstəxanasında başına gələnləri onun öz dilindən sizə təqdim edir:
“Görəsən səhiyyəmizin bu günə qalmasına görə kimsə əvvəl axır cəzalanacaq? Azərbaycan səhiyyəsi mənə həyatımın şokunu yaşadır. Əsasən də Qarayev uşaq xəstəxanası... hansı məqsədə qulluq edir baş aça bilmədim.
Əkizlərim səhər tezdən qaytarmağa başladı deyə apardıq Qarayev uşaq xəstəxanasına. İçəri girdiyimiz andan həkim aqressiyasını üstümüzə tökməyə başladı. Uşaqlar əlimizdə göyərir, mən şokdayam, hamı pul davasındadı. Onsuzda insan övladı olunca pul filan düşünmür. Nəysə ödəniş etdik , palataya yazdılar. Əsl konsert orda başladı. Körpənin damarına düşə bilmirlər. Bütün dərmanları yazdılar, aldıq ağıllarına gəlməyib ki, venadaxili kateter (vazafix) yazsınlar. Körpələri deşik-deşik etdilər, biri göyərdi, qıcolma tutdu, uşağın ayağını buraxmırlar ki, qorxmayın qırılmaz. Sonra mənə təklif edirlər ki, bizdə vazafix var ancaq ödənişini edin qoşaq.
Allahım, şokdayam hələ də, bunu başdan eləmək ağıllarına gəlmirmi? Bu anda bunlar pulmu düşünür? Yenə də damara düşə bilmədilər, reanimasiya şöbəsinə apardılar, bizi içəri buraxmırlar ki , pul verin qoşaq, nə olar birinci insan canını düşünsəniz? Onsuzda o an onlara heçnə olmasın deyə hər şeyini verəcək insanlar var. Olmasa belə bu candı can. İmkanı olmayanlar ölsün? Savadsız yığını yenə düşə bilmədi damara. Axırda gətirdik özəl klinikaya. Guya ora savadlı, inandığımız bir həkimin məsləhəti ilə getmişdik”
MilliYol.Az
Digər xəbərlər
loading...