Avropa Liqasında qrup mərhələsinə start verilib. MilliYol.Az xəbər verir ki, qrupdakı iki Azərbaycan təmsilçisindən biri "Qarabağ" ilk matçına evdə çıxıb.
Ardıcıl üçüncü dəfə Avropa Liqasının əsas mərhələsində çıxış edən "Qarabağ" Çexiyanın “Slovan” klubunu qəbul edib. İki dəfə hesabda geri düşən komandamız meydandan bir xalla ayrılıb - 2:2. "Qarabağ"ın qollarına Migel Madera və Rəşad Sadıqov imza atıb.
Qeyd edək ki, J qrupunun digər oyununda PAOK (Yunanıstan) "Fiorentina"nı (İtaliya) qəbul edəcək.
Avropa Liqası
Qrup mərhələsi
I tur, J qrupu
15 sentyabr
Qarabağ (Azərbaycan) - Slovan (Çexiya) 2:2
Qollar: Migel Madera, 7 (ötürmə - Dani Kintana). Rəşad Sadıqov, 90+4 - Yan Sikora, 1. Milan Baroş, 68.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev (22. Əfran İsmayılov, 76), 5. Maksim Medvedev, 6. Dino Ndlovu (10. Muarem Muarem, 66), 8. Migel Madera, 9. Reynaldo Silva, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli (11. Mahir Mədətov, 86), 32. Elvin Yunuszadə, 99. Dani Kintana.
Ehtiyat oyunçular: 1. Boyan Şaranov, 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 21. Arif Daşdəmirov.
Baş məşqçi: Qurban Qurbanov.
Slovan: 19. Martin Dubravka, 2. Radim Briet, 5. Vladimir Kufal, 6. Yan Sikora, 10. Zdenek Folprekt, 11. David Hovorka, 23. Eqon Vuk, 24. Daniel Bartl, 26. Lukaş Bartoşak, 27. Milan Baroş (k), 31. Martin Latka.
Ehtiyat oyunçular: 17. Vaçlav Qladki, 4. Andrey Karafyat, 7. Milan Nitiranski, 9. Jan Navratil, 16. İqor Sukennik, 21. Nikolay Komliçenko, 28. Ubonq Ekpai.
Baş məşqçi: Yindrix Trpişovski.
Sarı vərəqələr: Ansi Aqolli, 72. Migel Madera, 75 - Eqon Vuk, 90+5.
Hakimlər: Stefan Klossner, Raffael Zeder, Jan-Yves Viçt, Yohannes Voqel (İsveçrə).
Əlavə köməkçi hakimlər: Alain Bieri, Saşa Amhof (İsveçrə).
Hakim-inspektor: Vladimir Antonov (Moldova).
UEFA nümayəndəsi: Pavel Kolev (Bolqarıstan).
Bakı. "Dalğa Arena".
MilliYol.Az
Digər xəbərlər
loading...