UEFA İntizam Komitəsi Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovu 3 oyunluq cəzalandırıb
Bu barədə milli assosiasiyanın rəhbəri özü bildirib. Buna səbəb bu il fevralın 6-da futzal üzrə Azərbaycan və Portuqaliya yığmaları arasında keçirilən Avropa çempionatının 1/4 final matçı zamanı Z.Axundovun rəqib oyunçu Rikardinyonu itələməsi olub.
Qeyd edək ki insident matçın 28-ci dəqiqəsində Azərbaycan millisinin futzalçısı Ramiz Çovdarovun het-trik müəllifi Rikardinyoya qarşı kobud oyunundan sonra yaşanıb. Bu zaman Z.Axundov da məsələyə müdaxilə edib. O, Rikardinyonu əli ilə itələyib. Portuqaliyalı futzalçı isə ona eyni qaydada cavab verib.
Görüşü Portuqaliya kollektivinin 8:1 hesablı qələbəsi ilə yekunlaşıb.(Report)
Digər xəbərlər
loading...