Lənkəranda mağazadan oğurluq edən 4 qadın kameralara düşüb
Hadisə Lənkəran şəhərindəki mərkəzi bazar ərazisindəki ticarət obyektində baş verib.
Geyim mağazanın sahibi Ramin Axundovun bildirdiyinə görə əvvəllər də mağazadan bəzi mallar əskik gəlirmiş. Bu səbəbdən mağazaya müşahidə kameraları quraşdırıb. Bu gün səhər saatlarında orta yaşlı dörd qadın azyaşlı uşaqları ilə birlikdə mağazaya gəlib: "Kamera çəkilişlərindən də göründüyü kimi bir qadın mağazanın bayır tərəfindəki piştaxtaya yaxınlaşaraq mallara göz gəzdirir. Sonra birini götürüb gözəyarı ölçür, sonradan yerinə qoyur. Bu zaman digər iki qadın alıcı qismində ora yaxınlaşır. Birinci qadın sıxlıqdan istifadə edərək həmən şalvarı yenidən götürür, digər qadına göstərirmiş kimi hərəkət edir və şalvarı əlindəki selofan torbaya qoyur. Eyni zamanda ikinci qadının götürdüyü malı da gizlədərir. Beləcə qadınlar mağazadan növbə ilə bir neçə məhsulu qanunsuz yolla çıxarırlar".
Qadınların şübhəli davranışlarından sonra kameranın yaddaşına baxış zamanı mağazadan oğurluq edildiyi aydınlaşıb. Mağaza sahibi hadisə barədə Daxili İşlər Nazirliyinin "102" xidmətinə məlumat verib.
Faktla bağlı araşdırma aparılır.(Report)
Digər xəbərlər
loading...