Hindistanın qərbindəki Maharaştra əyalətində sərnişin avtobusunun uçuruma yuvarlanması 33 nəfərin ölümünə səbəb olub
Lent.az Anadolu Agentliyinə istinadən bildirir ki, sərnişin avtobusunda olan 34 nəfərdən cəmi 1-i sağ qalıb. Sağ qalan sərnişinin avtobus uçuruma yuvarlanmadan 3-4 saniyə əvvəl özünü pəncərədən atdığı və bunun nəticəsində qəzadan salamat çıxdığı bildirilir.
Avtobusdakı sərnişinlərin hamısının universitet tələbələri və müəllimlər olduğu vurğulanır.
Qeyd edək ki, hər il Hindistanda 110 min insan avtomobil qəzaları nəticəsində dünyasını dəyişir.
Digər xəbərlər
loading...