Nəsimi rayonunda bir nəfər küçədə ölüb
Hadisə 28 May ilə Rəşid Behbudov küçəsinin kəsişməsində baş verib.
Belə ki, hadisə şahidlərinin "Report"un əməkdaşına verdiyi məlumata görə, təxminən 25-30 yaşlı oğlan sərxoş vəziyyətdə yolun kənarında halı qəfil pisləşib. Bunu görən Bakı sakini Aynur Məmmədova Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinə (TTTYX) müraciət edib. Təcili yardım briqadası gələnə qədər adı hələlik bilinməyən şəxs dünyasını dəyişib.
Baş vermiş ölüm hadisəsi ilə bağlı əraziyə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Meyit müayinə olunması üçün morqa təhvil verilib. Küçədə ölən gəncin Sabirabad rayon sakini 30 yaşlı Elman Hüseynov olduğu məlum olub.
Digər xəbərlər
loading...