“Nikol Paşinyan erməni hiyləgərliyi ilə Ermənistanın təcavüzkarlığına Rusiyanı da şərik qoşmaq istəyir. Hesab edir ki, işğal faktı Rusiyanın himayəsi altında davam etməlidir. Əslində isə etiraf edir ki, Rusiya olmasa, Ermənistan darmadağın edilər. Onun dedikləri bir daha təsdiq edir ki, Ermənistan müstəqil deyil, oyuncaqdır. Bu müsahibə Ermənistanın rəzil vəziyyətdə olduğunu göstərir”
Bu sözləri Trend-ə Milli Məclisin deputatı, tarixçi Musa Qasımlı Ermənistanın baş naziri N.Paşınyanın “Exo Moskvı” radiosuna müsahibəsində səsləndirdiyi bəzi fikirlərə münasibət bildirərkən deyib.
Deputat əlavə edib ki, münaqişənin dinc vasitələrlə həllindən ötrü Ermənistan ilk növbədə qoşunlarını Azərbaycanın işğal altında olan bütün ərazilərindən çıxarmalı və təcavüz faktı aradan qaldırılmalıdır:
“Azərbaycanın ən böyük güzəşti indiyədək Ermənistan rəhbərlərinin düzgün addım atacaqlarını gözləməsidir. Azərbaycan Ermənistandan dəfələrlə güclüdür və hərb meydanında qısa müddətdə onu məhv edə bilər, daşı daş üstündə qalmaz”.
M.Qasımlı bildirib ki, Azərbaycan işğalla barışmayacaq və torpağının bir qarışını da güzəştə getməyəcək. Buna görə də işğal faktı aradan qaldırılmalıdır:
“Azərbaycan Konstitusiyasını və qanunlarını qəbul edən ermənilər Azərbaycanda yaşamaqda davam edə bilərlər. Əks təqdirdə baş verənlər üçün bütün məsuliyyət işğalçı Ermənistanın üzərinə düşəcək”.
Bu müsahibənin bir neçə baxımdan da diqqəti cəlb etdiyini deyən M.Qasımlı qeyd edib ki, müsahibə həm Ermənistan cəmiyyətinin hansı səviyyədə və necə idarəçi yetişdirdiyinin, həm də əsl erməni riyakarlığının göstəricisidir:
“Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz edərək Dağlıq Qarabağ regionunu və ətraf rayonlarımızı işğal etməsi faktının üstündən sükutla keçən bu şəxsin bütün müsahibəsi onun düşüncə tərzinin və dünyagörüşünün hansı səviyyədə olmasının təsdiqidir. O, oğlunu başqa ölkənin işğal edilmiş ərazisində hərbi xidmətə göndərdiyini deməklə Ermənistanın təcavüzkar olduğunu birbaşa təsdiq edir. Bu şəxs bir tərəfdən deyir ki, münaqişəni Azərbaycan qondarma rejimlə danışıb həll etsin, o biri tərəfdən də oğlunu başqa bir ölkənin ərazisində hərbi xidmətə göndərir. Adamdan soruşarlar: əgər Azərbaycan qondarma rejimlə danşacaqsa, onda Ermənistan vətəndaşı olan oğlunu Azərbaycan ərazisində hərbi xidmətə göndərməsinin adı nədir? Bu, Ermənistanın təcavüzkar ölkə olmasının birbaşa etiraf edilməsidir”.
M.Qasımlı vurğulayıb ki, N.Paşinyan Azərbaycanın işğal edilmiş ərazilərində qondarma rejimin yaradılmasının tarixini saxtalaşdırır.
Qondarma rejim elan edilməmişdən əvvəl Azərbaycanın artıq özünün suverenliyi haqqında qanun qəbul etdiyini xatırladan tarixçi bildirib ki, Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) Azərbaycanın tərkib hissəsi idi. Qondarma rejim Azərbaycan, SSRİ və beynəlxalq hüquqa zidd elan edildiyi üçün Sovet İttifaqının ali qanunverici orqanı Ermənistanın və DQMV-nin bütün müvafiq qanunsuz qərarlarını ləğv etmişdi:
“Ermənistanın baş naziri bunları bilmirsə, SSRİ Ali Soveti Rəyasət Heyətinin sənədlərinə baxsın. SSRİ dağıldıqdan sonra dünya birliyi Azərbaycanın sərhədlərini və ərazi bütövlüyünü tanıyıb, ölkəmiz beynəlxalq təşkilatlara həmin sərhədləri ilə üzv olub. Bu şəxs bilməmiş deyil ki, Sumqayıt hadisəsi Mərkəzin və erməni xüsusi xidmət orqanlarının azərbaycanlıların və ermənilərin bir yerdə yaşamasının mümkün olmadığını göstərmək, Azərbaycana təzyiq etmək məqsədilə törədilmiş təxribatı idi. Bu hadisənin əsas iştirakçısı erməni Eduard Qriqoryan idi. Onun öldürdüyü ermənilər “Krunk”, “Qarabağ” terrorçu-ekstremist təşkilatlarına pul ödəməyən şəxslər idi. İstintaq nəticəsində bu, artıq təsdiq edilib. Sumqayıtdan danışan baş nazir Ermənistanda Spitakda zəlzələ zamanı fransız xilasedicilərin tapdıqları qaz borularına doldurularaq öldürülmüş 30-dan çox azərbaycanlı uşağı, dağlarda soyuqda, şaxtada ölən, Ermənistandan qovulan 210 mindən çox azərbaycanlını, Sumqayıt hadisəsindən əvvəl Əsgəranda öldürlümüş iki azərbaycanlı gənci nə üçün xatırlamır? Axı münaqişənin dinc yolla həlini istəyən şəxs hər şeydən əvvəl səmimi olmalı və etibar qazanmaılıdır. Saxtakara necə etibar etmək olar?”
MilliYol.Az
Digər xəbərlər
loading...