Sərdar Turqut,
“Habertürk”ün Vaşinqton təmsilçisi
Özü qatı yevangelist olmasa da, ABŞ Prezidenti Tramp seçici bazası olaraq gördüyü bu kütləni məmnun etməyə çalışır. Vitse-prezident Mayk Pens isə çox qatı yevangelistdir. Yanında həyat yoldaşı yoxsa, yad bir qadınla eyni otaqda olmadığı belə, söylənilir. O, rahib Bransona da inancı səbəbilə önəm verir.
Tramp isə daha çox siyasi səbəblərə görə Bransonun sərbəst buraxılması uğrunda mübarizə aparır.
Aldığım məlumatlara görə, Prezident Tramp əslində Prezident Ərdoğanla birbaşa əlaqə quraraq, iki ölkə arasındakı problemləri aşmaq istəyir. Ancaq Trampın ətrafında çox güclü olan yevangelist-neokon çəmbəri var. Onlar əllərinə keçən hər fürsətdən istifadə edərək, Trampın Ərdoğanla əlaqə qurmasını əngəlləməyə çalışırlar.
Vaşinqtondakı qaynaqlara görə, rahib Branson məsələsini də həmin dairə bu şəkildə istifadə edir. Belə ki, Vaşinqtonda bu məsələnin iki ölkə arasındakı əlaqələri zəhərləmə mərhələsinə çoxdan gəldiyi də söylənilir.
Trampın atdığı “tweet” onun bu məsələyə tam sahib çıxdığını öz seçici bazasına göstərmək üçün idi. Aralıq seçkilər də yaxınlaşdığına görə, bu, Tramp baxımından çox önəmliydi.
Həmin vaxt Senatda baş verənlər
Prezident Tramp “tweet” atdığı saatda Senatın Xarici əlaqələr komitəsində Türkiyənin beynəlxalq maliyyə qurumlarından kredit almasını əngəlləyə biləcək qanun layihəsi müzakirə edildi və qəbul edilərək, Senatın Baş Məclisinə göndərildi.
Qanun qəbul edildiyi halda bu proses belə işləyəcək: Türkiyə, misal üçün, kredit və ya yardım üçün Dünya Bankına müraciət etdikdə, həmin qurumdakı ABŞ təmsilçisi bankın idarə heyətini bu kreditə və ya yardıma səs verməməsi üçün razı salacaq. Bu, bütün qurumlarda eynilə belə təkrarlana biləcək.
Onu da qeyd edək ki, qanun layihəsinin bu komitədə qəbul edilməsi onun həmən qanuna çevrilməsi mənasına gəlmir. Hakimiyyət bu cür sanksiyaları, Branson məsələsində olduğu kimi, Türkiyəyə təzyiq vasitəsi olaraq istifadə etmək istəyir.
Senatın Baş Məclisində qanun layihəsinə səs verilərsə belə, Türkiyə ilə mövcud olan problemlərin həllində bir addım atılarsa, hakimiyyət bu səlahiyyətdən istifadə etməyə imkan verməyəcəkdir.
Anlayacağınız odur ki, Türkiyə-ABŞ münasibətləri çox kritik bir mərhələdədir. Burada Prezident Trampın üzərindəki siyasi təzyiqi aşıb, Prezident Ərdoğanla birlikdə problemləri də çözməsi üçün fürsət yaradılmasını müdafiə edənlər də vardır.
MilliYol.Az
Digər xəbərlər
loading...