Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bəyan edib ki, 2018/19 mövsümündə çempionatda ədaləti qorumağa çalışacaqlar
Qol.az-ın xəbərinə görə, bu gün Premyer Liqanın püşkatmasından sonra jurnalistlərin suallarını cavablandıran PFL rəhbəri deyib ki, çempionatın əsasnaməsində dəyişilik olmayıb: "Kim layiqdi, çempion olsun. Maddi durumla bağlı birinci divizion və əvəzedici heyətlərlə bağlı dəyişiklik edildi. Ola bilsin ki, bəzi komandaların narazılığı var. Vaxtilə biz "altılıq" sisteminə keçəndə, hamı tənqid etdi. Amma özünü doğrultdu. Bu da özünü doğruldacaq. Gənclərə şans vermək lazımdır”.
R.Musayev bildirib ki, milli komanda üçün futbolçu tapmaq çətindir: “Qurban Qurbanovla görüşəndə, sual verəndə deyir ki, özünüz bildiyiniz şeyi mənə niyə deyirsiz. Ruslan Abışov zədələnib, bizi qayğılandırır ki, millidə kim onu əvəz edəcək. Bəlkə Rəşad Sadıqovdan xahiş etdik ki, qayıtsın. Aşağı yaş qruplarına diqqət etmək lazımdır".
Digər xəbərlər
loading...