Gürcüstanda narkotik vasitələrinin qanunsuz dövriyyəsində şübhəli bilinən iki İran vətəndaşı saxlanılıb
APA Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, İran vətəndaşları Azərbaycana keçməyə cəhd ediblər.
Onlar Gürcüstan-Azərbaycan sərhədində yerləşən “Sınıq körpü” sərhəd-keçid məntəqəsi yaxınlığında yaxalanıblar.
İran vətəndaşlarının üzərində 13 bağlamada 700 qram heroin aşkar olunub. Onları 8 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.
Gürcüstanda bu ilin ilk yeddi ayı ərzində ümumilikdə 98 narkotik alverçisi saxlanılıb, 15 kiloqram heroin, 7191 ədəd psixotrop həb, 1 kiloqram 400 qram kokain və digər narkotik vasitələr müsadirə olunub.
Digər xəbərlər
loading...