Xəbər verdiyimiz kimi müğənni Hadisənin anası Gülnihal Açıkgöz intihara cəhd edib
Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, hər kəs bu xəbərin yalan olduğunu desə də, modelyer Nur Yerlitaş Açıkgözün həqiqətən intihar etməsi barədə açıqlama verərək bu sözləri demişdi:
“Bir gecə telefonuma zəng gəldi. Haluk Şentürk “Hadisənin anası zəhərlənib, xəstəxanaya aparmaq istəyirik, vəziyyəti yaxşı deyil” sözlərini demişdi. Saat 3 olardı. Yaxın dostuma zəng etdim “Hadisənin anası zəhərlənib xəstəxana başqa yerə göndərmir. Digər xəstəxananın həkimi zəng etməlidir” dedim. Yalnız bundan sonra onu xəstəxanaya qəbul etdilər. Ardınca öyrəndim ki, qadın intihar edib. Mən də “Ana” mövzusunda həssasam. Anamı itirmişəm. Amma mənə təşəkkür etmədilər, ayıb olsun”.
Hadisə bu açıqlamadan sonra İnstaqram hesabında paylaşım edib və bu sözləri yazıb:
“Ana sözünün böyüklüyünü, mənasını həmişə dilə gətirmişəm. Bir neçə həftə əvvəl anamla bağlı kədərli bir hadisə yaşadıq. Mən özəl həyatımın bir dəfə gördüyüm insanlar tərəfindən proqramlarda müzakirə edilməsini qınayıram. Məna verə bilmirəm. Yaşadığımız vəziyyətin şoku ilə kimin hansı həkimə zəng etdiyini bilmədən və anamızı düşünərkən “Mənə təşəkkür etmədiniz. Ayıb olsun” deyən birindən gedir söhbət. Onun kömək etdiyini öyrəndim və dərhal zəng edib təşəkkür etdim. İnsan əvvəl anasını, ailəsini düşünər, sonra lazım olan təşəkkürləri edər. İnsanlar belə hal yaşayarkən “Təşəkkür etmədiniz, ayıb olsun” deyə mesaj atmaq düzgün deyil. Mənim bütün həyatımı canlı efirdə müzakirə etdiyiniz üçün siz məndən üzr istəməlisiniz. Ana mövzusunda bu qədər həssas olan biri mənim anamı nə üçün müzakirə etməlidir. Mən özəl həyatımı gizli saxlamağa çalışıram. Bunları müzakirə etmək nə həddinizədir?
Anamın vəziyyəti hazırda yaxşıdır. Bu vəziyyətdən ailə olaraq daha da güclənəcəyimizi bilirəm. Bizi bu müddət ərzində yalnız buraxmayan, dəstək olan hər kəsə təşəkkür edirəm”.
Digər xəbərlər
loading...