Bir neçə gün əvvəl Mehman Allahverdiyevin "Kəpəz" futbol klubunun icraçı direktoru vəzifəsindən azad olunması barədə xəbərlər yayılmışdı. Mətbuatda yayılan məlumatlarda bildirilirdi ki, mütəxəssis birbaşa Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin qərarı ilə işdən azad edilib.
MilliYol.Az Mehman Allahverdiyevin işdən çıxarılmasının səbəbləri ilə bağlı yeni məlumatlar əldə edib. Bu barədə saytımızı bilgiləndirən mənbə deyir ki, həqiqətən də qərarı icra başçısı özü verib. Bunun bir neçə səbəbi olub.
Məlumatlı mənbənin iddiasına görə, Mehman Allahverdiyev müxtəlif məclislərdə, tədbirlərdə Elmar Vəliyev və "Kəpəz"ə rəhbərlik edən oğlu Elmir Vəliyevin əleyhinə danışır, klubun idarəçiliyini pisləyirmiş. Məqsədi isə onların klubdan imtina etməsinə, idarəçiliyin tamamilə öz əlinə keçməsinə istəyirmiş.
Digər səbəb isə onun büdcədən pul silməsi olub. Mənbə bildirir ki, "Kəpəz"in əsas, əvəzedici və aşağı yaş qrupları üzrə komandaları səfər oyunlarına gedərkən və geri qayıdarkən Kürdəmirdə yerləşən "Xan bağı" restoranında yemək yeyirmiş. Restoran rəhbərliyi ilə münasibəti olan Mehman Allahverdiyev onlarla razılığa gələrək hesabın şişirdilməsini tapşırırmış. Bu yolla klubun büdcəsindən müəyyən məlbəğdə pul silirmiş.
Hər iki faktla bağlı Elmar Vəliyevə məlumat çatdırılıb. İcra başçısı bundan sonra onun işdən kənarlaşdırılmasına qərar verib.
Yazıdakı faktlarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
MilliYol.Az
Digər xəbərlər
loading...