Yerevanın ümumi yuridiksiya məhkəməsi bu saatlarda keçmiş prezidenti, Qarabağda separatçı hərəkatı başladanlardan və Azərbaycan ərazilərinin işğalına başçılıq edib çoxsaylı hərbi cinayətlər törədən Robert Köçəryanın barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün istintaqın vəsadətinə baxır
Virtualaz.org xəbər verir ki, məhkəmənin binasında çoxsaylı jurnalistlər ordusu toplaşıb. Məhkəmə Köçəryanın həbsinə dair vəsadətə 3 saatdan çoxdur ki, baxır. Hələlik onun vəkillərindən heç biri məhkəmə zalını tərk etməyib.
Robert Köçəryan 2008-ci il 1 mart hadisələrinə, yəni Serj Sərkisyanın saxtakarlıqla prezident elan edilməsinə etiraz edən nümayişçilərə qarşı ordu yeridilməsinə görə ittiham edilir. Ona qarşı konstitusion quruluşu devirmək cəhdi üzrə ittiham elan edilib.
***
Ermənistanın keçmiş prezidenti, 2008-ci il 1 mart hadisələrinin istintaqı çərçivəsində konstitusion quruluşu devirmək cəhdi ittihamı ilə ötən gün dindirilən Robert Köçəryan daha istintaqa ifadə verməyəcəyini bildirib. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, Köçəryan İstintaq Xidmətindən çıxandan sonra “Yerkir media” telekanalına müsahibə verib və barəsində irəli sürülən ittihamları “saxta, qurama” adlandırıb, istintaqa cəlb edilməsini “siyasi təqib” adlandırıb.
Bu gün Köçəryan barəsində qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə çıxarılacaq və onun həbsi istisna deyil.
“İndi onlar mənim həbsimə nail olmaq istəyirlər. Yəni Dağlıq Qarabağın birinci prezidentinin, həmin prezidentinin ki, Qarabağ şanlı qələbə qazanıb və onun vaxtında təhlükəsizlik zolağı formalaşdırılıb. Ermənistanın ikinci prezidentini, hansı ki, onun vaxtında iqtisadiyyat 5 faiz artıb. İttihamlar quramadır. Azərbaycanda hansı təntənə, sevinc hiss etdiklərini təsəvvür edə bilərəm. Onlara belə hədiyyə edin”-Robert Köçəryan Azərbaycan ərazilərinin işğalındakı xidmətlərinə eyhamla bildirib.
Köçəryan deyib ki, təslim olmaq fikrində deyil və axıra qədər mübarizə aparacaq. “Kütlələrin əhval-ruhiyyəsini hüquqi məkana daşımaq istəyirlər. Belə çıxır ki, 2008-ci ildə cəmi 21.5 faiz səs yığan Levon Ter-Petrosyan əslində həmin seçkiləri udubmuş. Bu reallıqdan tamamilə uzaqdır və sevgi, həmrəyıik şüarları altında baş tutmuş məxməri inqilab tərəfindən siyasi təqiblərdir”-o bildirib.
Virtualaz.org
Digər xəbərlər
loading...