Bu ilin birinci yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən fərdi uçot sistemində əlavə olaraq 1 587 əcnəbiyə fərdi şəxsi hesab açılıb
Nazirlikdən Trend-ə verilən məlumata görə, 1 iyul tarixinə fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir. Onların sırasında Тürkiyə (20 174 nəfər), Gürcüstan (4 698 nəfər) və Rusiya (2 927 nəfər) vətəndaşları çoxluq təşkil edir.
Fondun fərdi uçot sistemində ümumilikdə 142 ölkənin vətəndaşları qeydiyyatdadır.
Digər xəbərlər
loading...