Ermənistanın Xüsusi İstintaq Xidməti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi, general Yuri Xaçaturova qarşı 2008-ci il 1 mart hadisələrinin istintaqı çərçivəsində ittiham irəli sürüb
Virtualaz.org erməni mənbələrinə istinadən xəbər verir ki, ona qarşı Ermənistan Cinayət Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsi üzrə ittiham elan edilib. Bu maddə bir qrup şəxslə əlbir olaraq konstitusion quruluşu devirməyə cəhd cinayətini nəzərdə tutur.
Xatırladaq ki, həmin maddə ilə keçmiş prezident Robert Köçəryan, Ermənistan Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi, keçmiş müdafiə naziri Mikael Arutyunyan və digərləri də ittiham olunur.
General Yuri Xaçaturov Ermənistan Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisidir, hazırda KTMT-nin Baş katibi kimi diplomatik immunitetə malikdir. Onun axtarışa verilib-verilməyəcəyi barədə hələlik məlumat yoxdur. Artıq məhkəməyə Xaçaturovun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsadət verilib.
Digər xəbərlər
loading...